17 May 2024
Ukraynada deputat qumbara partlatdı, onlarla yaralı var - ANBAAN VİDEO

Ukraynada deputat qumbara partlatdı, onlarla yaralı var - ANBAAN VİDEO

15 Dekabr 2023
Baxış: 311

Ukraynada deputat kənd sovetinin binasına əl qumbarası atıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat ölkə mətbuatında yayılıb.

Nəticədə 25 nəfər xəsarət alıb. Onlardan altısının vəziyyəti ağırdır.

İlkin məlumatda qumbaranı partladan deputatın öldüyü qeyd edilmişdi. Lakin daha sonra polis idarəsindən bildirilib ki, həkimlər onun həyatını xilas etməyə cəhd göstərirlər.

Deputatın hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.