19 May 2024
Ukraynada azərbaycanlıların yeni diaspor təşkilatı təsis olundu - FOTO

Ukraynada azərbaycanlıların yeni diaspor təşkilatı təsis olundu - FOTO

18 Yanvar 2022
Baxış: 454

Ukraynada “Kirovoqrad vilayəti Ukrayna azərbaycanlıları Radası” təsis olunub.

AJMEDİA.İNFO xəbər verir ki, təqdimat mərasimində şəhər rəsmiləri, Ukrayna Azərbaycanlıları Radasının rəhbərliyi, digər vilayətlərdə fəaliyyət göstərən diaspor fəalları, mətbuat nümayəndələri, burada təhsil alan gənclər və digər qonaqlar iştirak edib.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Təqdimetmə mərasimində çıxış edən Kirovoqrad vilayəti dövlət administrasiyası rəhbərinin müavini Andriy Lisota azərbaycanlıların ölkənin ictimai-siyasi həyatındakı aktiv fəaliyyətinə yüksək qiymət verdiklərini bildirib.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmədov bildirib ki, diaspor təşkilatları iki ölkə arasında siyasi və mədəni körpü rolunu oynayır və bu şərəfli işdə bütün vətənpərvər soydaşlara uğurlar arzulayıb.

Teqlər: Ukrayna