16 May 2024
Ukraynada azərbaycanlı qəhrəmanın evi təmir olundu - FOTOLAR

Ukraynada azərbaycanlı qəhrəmanın evi təmir olundu - FOTOLAR

12 İyul 2022
Baxış: 339

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayəti İrpin şəhərinə səfəri zamanı 2014-cü ildə Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş İlqar Bağırovun həyat yoldaşı Tetyana Bağırovaya baş çəkib.

H.Cavadov bildirib ki, İrpin şəhəri atəşə tutularkən İlqar Bağırovun ziyan dəymiş mənzilinin təmirinə dəstək olublar:

“Təmir işləri artıq başa çatıb. Azərbaycanlılar üçün dəyərli olan mərhum kapitan İlqar Bağırovun ailəsinə dəstək olmaq bizim üçün şərəf məsələsidir. Biz həmişə onlara arxa duracaq, hərtərəfli yardım göstərəcəyik”.

AJMEDİA.İNFO xəbər verir ki, diaspor sədrinin sözlərinə görə şəhidin evinin təmiri UABD-nin İrpen şəhərindəki nümayəndəsi Akif Dadaşovun iştirakı ilə həyata keçirilib.

UABD sədri həmçinin İrpin şəhərində müharibədən ziyan çəkmiş “Pçelka” uşaq bağçasının da təmirinə başlanacağını qeyd edib.

“Bu günlərdə Ukraynaya səfərim zamanı keçirilən görüşdə şəhər meri tərəfindən həmin bağçasının da bərpasına kömək göstərmələrinə dair müraciət olunmuşdu”.

Xatırladaq ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlığa, hərbi anda sədaqətə görə İlqar Bağırov 2015-ci il, 11 yanvar tarixli qərarla ölümündən sonra 3-cü dərəcəli “Şücaətə görə” ordeni ilə təltif olunub.

Həmçinin İrpin İqtisad Kollecində 2015-ci ilin 23 dekabr tarixində İlqar Bağırovun şərəfinə xatirə lövhəsinin açılışı olub.