20 May 2024
"Ukrayna uzun illərdən sonra bunu bəyan etdi" - Putinin köməkçisindən ŞOK AÇIQLAMA

"Ukrayna uzun illərdən sonra bunu bəyan etdi" - Putinin köməkçisindən ŞOK AÇIQLAMA

30 Mart 2022
Baxış: 635

Kiyev İstanbuldakı danışıqlarda uzun illərdən sonra ilk dəfə Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna tərəfi ilə İstanbulda aparılan danışıqların nəticələri barədə məlumat verib.

“Ukrayna dünən ilk dəfə olaraq Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərinin qurulması üçün bir sıra vacib şərtləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Ukrayna Rusiyanın NATO-ya üzv olmamaq və hərbi bazalarını yerləşdirməkdən imtina etmək kimi fundamental tələbləri ilə mahiyyətcə razılaşıb.

Rusiyanın Krım və Donbasla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.

Ukrayna öz təkliflərində hərbi təlimləri yalnız qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirməyi öhdəsinə götürür”, – Medinski bildirib.(konkret.az)