20 May 2024
Ukrayna səfiri Rusiya əsgərlərinin hərəkətini erməni vandalizmi ilə eyniləşdirdi - VİDEO

Ukrayna səfiri Rusiya əsgərlərinin hərəkətini erməni vandalizmi ilə eyniləşdirdi - VİDEO

07 Aprel 2022
Baxış: 696

Ukraynanın dünya şöhrətli şairi Taras Şevçenkonun heykəli Rusiya hərbçiləri tərəfindən güllələnib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial media hesabından paylaşım edib.

Diplomat eyni zamanda məşhur azərbaycanlı vokalist Bülbülün Şuşada ermənilər tərəfindən güllələnən heykəlinin də görüntüsünü paylaşıb və bu iki oxşar hadisəni biri-biri ilə əlaqələndirib.

“Yeni azad edilmiş Kiyev vilayətində (Borodyanka ş.) Taras Şevçenkonun işğalçılar tərəfindən güllələnmiş büstü və Qarabağın (Şuşa ş.) azad edilməsindən əvvəl Bülbülün büstü”, – deyə o qeyd edib.

No description available.