16 May 2024
Ukrayna Prezidenti Rusiyaya səfərə DƏVƏT EDİLDİ

Ukrayna Prezidenti Rusiyaya səfərə DƏVƏT EDİLDİ

28 Yanvar 2022
Baxış: 503

“Moskva Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donbassı deyil, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırdır. Donbass Ukraynanın daxili məsələsidir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya və yaxud Soçiyə gəlsin”, - deyə Lavrov söyləyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.

Teqlər: Zelenski