18 May 2024
Ukrayna parlamenti

Ukrayna parlamenti

23 Fevral 2020
Baxış: 677

Ukraynanın hakim "Xalqın xidmətçisi" Partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi "erməni soyqırımı qurbanlarının anılması" ilə bağlı qanun layihəsi geri qaytarılıb.
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, Ali Rada qondarma erməni soyqırımına dair sənədin müzakirəsindən imtina edib.
Eyni zamanda fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.
Qeyd edək ki, Ukrayna parlamentinin Xocalı soyqırımının tanınması məsələsinə baxacağı gözlənilir.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. O,bildirib ki, qondarma "erməni soyqırımı"na aid sənədin müzakirəsi Ukrayna Parlamentində baş tutmayacaq:
"Ukraynadakı erməni diasporunun nümayəndəsi tez-tez bu məsələni gündəmə gətirməyə çalışır. Bu artıq onların dördüncü cəhdi idi ki, qətnamə müzakirəyə çıxır və səsvermədə qəbul olunmur".
Politoloq qeyd edib ki, Ukraynanın bölgədə əsas tərəfdaşı Türkiyə və Azərbaycandır:
"Ukrayna Türkiyə və Azərbaycanla münasibətləri heç vaxt gərginləşdirmək istəməz. Eyni zamanda bunu sübut edən amil ondan ibarətdir ki, Ukrayna prezidenti Vladimir Zelinskinin bölgəyə səfərləri çərçivəsində Azərbaycan və Türkiyəyə üstünlük verdi, hətta Ermənistana səfər etmədi. Çünki Ermənistan BMT səsvermələrində Krımın Ukrayna ərazisi kimi göstərilməsi əleyhinə səs verib. Bunu da Ukraynada görüb və anlayırlar. Buna baxmayaraq, Ukraynada yaşayan ermənilər və onların nümayəndələri eyni zamanda onların ən böyük dayağı Daxili İşlər naziri Arsen Avakov ara-sıra bu məsələni gündəmə gətirməyə çalışsalar da, hər dəfə də uğursuzluğa düçar olurlar.
Politoloq Xocalı soyqırımı ilə bağlı qətnamənin Ukrayna Parlamentində qəbulu ilə bağlı təşəbbüsün olduğunu bildirib:
"Çünki Ukrayna Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşdır, demək olar ki, müttəfiq sayılırlar. Əlbəttə, biz istəyərdik ki, Ukrayna Parlamenti bu qətnaməni qəbul etsin. Çünki bir çox ölkədə artıq bu qəbul edilib. Yəni, belə bir ümüdümüz var, amma təbii ki, gözləyəcəyik. Erməni lobbisi hiyləgərlik işlədir. Niyə qondarama "soyqırım" məsələsini ortalığa atdılar? Gördülər ki, Parlamentdə Xocalı soyqırımı ilə bağlı da müzakirələr aparıla bilər. Məhz Xocalı soyqırımı ilə bağlı sənədi neytrallaşdırmaq üçün bu məsələni gündəmə gətirdilər. Yəni, belə bir yanaşma qoydular ki, əgər bizim "soyqırımı" qəbul etmirsinizsə, o zaman Xocalı soyqırımı ilə bağlı sənədi də qəbul etməyin. Amma indi biz Kiyevdən prinsipiallıq gözləyirik. İnanırıq ki, bu dəfə də olmasa Ukrayna Parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediləcək

Teqlər: