17 May 2024
Ukrayna ordusunda hərbi rütbələr NATO standartlarına uyğunlaşdırılır

Ukrayna ordusunda hərbi rütbələr NATO standartlarına uyğunlaşdırılır

06 Yanvar 2021
Baxış: 1373

Ukrayna Silahlı Qüvvələrində hərbi rütbələr NATO standartlarına uyğunlaşdırılır.

AJM-nın xəbərinə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müdafiə naziri Andrey Taran əmr imzalayıb.

Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir.

“Məlum qərar sovet tipli karyera idarəetmə sisteminin aparıcı dövlətlərin qəbul etdiyi müasir sistemə dəyişdirilməsi üçün verilib”, - deyə qeyd olunub.

Qeyd edək ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.

Teqlər: Ukrayna