20 May 2024
Ukrayna ordusu Rusiyanın hərbi birləşməsini zərərsizləşdirib

Ukrayna ordusu Rusiyanın hərbi birləşməsini zərərsizləşdirib

15 İyun 2023
Baxış: 476

Ukrayna hərbçiləri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun Luqansk vilayətinin Kremennaya rayonunda yerləşən diviziyasına hücum edib.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Rusiya mənbələri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Suhrab Əhmədovun gəlişini gözlədiyi anda hücuma keçib.

Onlar HIMARS-ın zərbəsi nəticəsində 100-ə yaxın rusiyalı hərbçinin həlak olduğunu, daha 100 nəfərin yaralandığını bildiriblər.

Teqlər: