19 May 2024
Ukrayna ordusu daha 7 hava hədəfini MƏHV EDİB

Ukrayna ordusu daha 7 hava hədəfini MƏHV EDİB

27 Aprel 2022
Baxış: 403

Ötən sutka ərzində, aprelin 26-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Hava Hücum Qüvvələrinin zenit-raket qoşunlarının bölmələri bir təyyarə, bir helikopter və 2 qanadlı raket də daxil olmaqla azı 7 hava hədəfini vurub.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Söhbət "Su-25" təyyarəsindən, "Ka-52" helikopterindən, 3 OTP PUA-sından gedir. PUA-ların "Orlan-10" olduğu ehtimal edilir", - komandanlıqdan bildirilib.

Bundan əvvəl Baş Qərargah məlumat vermişdi ki, Ukrayna müdafiəçiləri artıq 22,1 minə yaxın rusiya hərbçisini məhv ediblər.Publika.az