21 May 2024
Ukrayna NATO sammitindən sonra yeni mühüm müdafiə vasitələri alacaq

Ukrayna NATO sammitindən sonra yeni mühüm müdafiə vasitələri alacaq

12 İyul 2023
Baxış: 500

NATO-nun Vilnüs sammitindən sonra Ukrayna yeni mühüm müdafiə vasitələri alacaq.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, NATO-nun Vilnüsdə keçirilən sammiti zamanı Ukraynanın əsas prioriteti müdafiəsini təmin etməkdir.

"Vilnüsdə işimizi davam etdirəcəyik. Əsas prioritet müdafiəmizdir. Mən tərəfdaşlarımıza yeni addımlar atmağa hazır olduqlarına görə minnətdaram. Döyüşçülərimiz üçün daha çox silah - bütün Ukrayna üçün daha çox həyat mühafizəsidir", - Prezident bildirib.

Bundan əlavə, Zelenski sabah ikitərəfli görüşlərin keçiriləcəyini bildirib. Xüsusən, Amerika, Kanada, Almaniya, İngiltərə, Niderland, Yaponiya və digər tərəfdaşlarla görüşlər olacaq.

"Ukrayna-NATO Şurasının ilk təsis iclası da planlaşdırılır", - Prezident deyib.

Teqlər: