18 May 2024
Ukrayna Ali Radası Çeçenistanın suverenliyini tanıdı

Ukrayna Ali Radası Çeçenistanın suverenliyini tanıdı

18 Oktyabr 2022
Baxış: 303

Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasını Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş ərazi kimi tanıyıb və çeçen xalqının soyqırımını pisləyib.

AJMEDİA.İNFO xəbər verir ki, 287 xalq deputatı müvafiq sənədin lehinə səs verib.

Sənəddə bildirilir ki, Ali Rada Rusiya Federasiyasının Çeçenistan İçkeriya Respublikasına qarşı Birinci (1994-1996) və İkinci (1999-2009) müharibələri zamanı törətdiyi beynəlxalq cinayətləri, çeçen xalqının soyqırımı siyasətini pisləyir.

Ali Rada BMT-yə üzv dövlətləri və beynəlxalq təşkilatları müvəqqəti işğal altında olan Çeçenistan İçkeriya Respublikasının ərazisində törədilmiş beynəlxalq cinayətlərin müstəqil və qərəzsiz araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.

Mənbə: unian.net