21 May 2024
Türkiyənin Ermənistan təmsilçisinin adı bəlli oldu – Ərdoğan niyə məhz onu seçdi?

Türkiyənin Ermənistan təmsilçisinin adı bəlli oldu – Ərdoğan niyə məhz onu seçdi?

17 Dekabr 2021
Baxış: 666

Türkiyə Ermənistanla munasibətlərin normallaşdırılması prosesində xüsusi təmsilçisinin adını açıqlayıb.


AJMEDİA.İNFO-nun məlumatına görə, xarici İşlər naziri Mövlud Çavuşoğlu səfir Serdar Kılıçın Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində aparılan danışıqlarda “xüsusi təmsilçi” təyin olunduğunu bildirib.

Bəzi media mənbələrində Prezident Recep Tayyip Ərdoğanın “güvəndiyi bürokrat” kimi xarakterizə edilən Serdar Kılıç əvvəllər Türkiyənin Tokiyo səfiri, ölkənin Milli Təhlükəsizlik Şurasının baş katibi və Vaşington səfiri kimi önəmli vəzifələrdə çalışıb.

Cənab Kılıç həm də ölkənin tanınmış siyasi dinastiyasının təmsilçisidir. Onun atası İlyas Kılıç 1961-1980-ci illərdə CHP-nin Samsundan deputatı olub. Qardaşı Sinan Kılıç Recep Tayyip Ərdoğan hələ İstanbul bələdiyyə sədri ikən onun şəxsi həkimi olub. Qardaşı oğlu Akif Çağatay Kılıç keçmiş gənclik və idman naziri, hazırda isə AK parti təmsilçisi kimi parlamentin xarici siyasət komissiyasının rəhbəridir.

“Bir tərəfdən Azərbaycanla Ermənistan arasında etimad artıran adımlar atılır, digər tərəfdən paralel olaraq Ermənistanla öz aramızda addımlar atmamızda fayda gördük,” – xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında bildirib.