18 May 2024
"Türkiyənin bir şərtini icra etdik, qaldı ikisi: Yaxın vaxtlarda..." - SASUNYAN

"Türkiyənin bir şərtini icra etdik, qaldı ikisi: Yaxın vaxtlarda..." - SASUNYAN

02 Sentyabr 2021
Baxış: 794

12 il ərzində Ermənistan cəmiyyətinə İrəvanın Ankara ilə münasibətlər qurmalı olduğunu deyiblər. Bunu əvvəlcə Sərkisyan deyirdi, İndi də Paşinyan deyir. Amma Türkiyənin bu barədə həmişə öz tələbləri olub – Qarabağın Azərbaycana qaytarılması, “erməni soyqırımı” məsələsindən imtina edilməsi və Türkiyənin ərazi bütövlüyünün tanınması. 12 il bundan əvvəl Ermənistan buna getmədi, indi isə birinci şərt zorla icra edildi, qalanları isə yaxın vaxtlarda qəbul ediləcəkdir.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni əsilli ABŞ ictimai xadimi, “The California Courier” nəşrinin baş redaktoru Arut Sasunyan yazıb.

“Ermənistan tərəfi və ictimaiyyəti bütün bunları normal hal kimi qəbul edir. Biz regionda Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətləri yaradılmasından danışırıq, birtərəfli güzəştlərə gedirik. Sizi əmin edirəm ki, bu güzəştlər həmişə olacaq. Ermənistan uduzmuş tərəfdir. Bu belə də olmalıdır, yazılmamış qanundur. Amma bu da son deyil, yalnız başlanğıcdır. Çünki Ankara və Bakıda ağıllı adamlar var. Onlar düşünəcək, Ermənistan əməl edəcək”, – deyə o qeyd edib.