18 May 2024
Türkiyədə yanacaq kəskin bahalaşdı - Yeni qiymətlər

Türkiyədə yanacaq kəskin bahalaşdı - Yeni qiymətlər

16 İyul 2023
Baxış: 536

Türkiyədə yanacağa görə xüsusi istehlak vergisi (özel tüketim vergisi - ÖTV) artırılıb.
Bəzi mallara tətbiq edilən “Xüsusi İstehlak Vergisi Məbləğlərinin Yenidən Müəyyən Edilməsi Haqqında” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Qəzet”də dərc olunduqdan sonra qüvvəyə minib.
Belə ki, Aİ-95 (premium) markalı benzinin hər litrinə görə alınan ÖTV məbləği ümumilikdə 7,52 lirə(0,49 AZN), Aİ-98 (super) markalı benzinin hər litrinə görə alınan ÖTV məbləği isə ümumilikdə 7,99 lirə(0,52 AZN) olacaq.
Dizelin litri üçün 7,05(0,46 AZN), LPG (mayeləşdirilmiş karbohidrogen qazları) üçün isə 5,77lirə(0,37 AZN) ÖTV alınacaq.
Qərarla dizel və benzində ÖTV məbləğləri hər litrə görə 5 lirə(0,32 AZN) artırılıb.
Son tənzimləmədən əvvəl benzinin hər litrinə görə 2,52(0,16 AZN), dizel yanacağının hər litrinə görə isə 2,05 lirə(0,13 AZN) ÖTV alınırdı.
Bu artımlar benzin və dizelin qiymətinin ƏDV ilə birlikdə hər litr üçün ümumilikdə 6 lirə (0,39 AZN) qalxmasına səbəb olub.
LPG-də isə artım 5 lirə(0,32 AZN) olub.
Qeyd edək ki, tənzimləmədən əvvəl dizelin litri İstanbulda 26,32(1,71 AZN), Ankarada 26,80(1,74 AZN), İzmirdə isə 26,97 lirədən(1,75 AZN) satılırdı.
Dünən edilən son artımla isə benzinin litri İstanbulda 28,05(1,82 AZN), Ankarada 28,53(1,85 AZN), İzmirdə 28,63 lirə(1,86 AZN) olub.
ÖTV artımından sonra isə yanacağın qiymətləri gecə saatlarında yenilənib.
Benzinin litri 35,90(2,33 AZN), dizelin litri 33,18(2,16 AZN), LPG-nin qiyməti isə 15,91 lirəyə (1,03 AZN) yüksəlib.yeniavaz.com