20 May 2024
Türkiyədə son 22 ilin ən yüksək inflyasiyası qeydə alındı

Türkiyədə son 22 ilin ən yüksək inflyasiyası qeydə alındı

03 Yanvar 2024
Baxış: 454

Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64,77% bahalanıb.
AJMEDİA.İNFO
Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 22 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2001-ci ildə bundan yüksək (68,5%) olub.
Ən yüksək bahalanma restoran və otel xidmətlərində qeydə alınıb – 93,24%.
Bundan başqa təhsil xidmətləri 82%, səhiyyə xidmətləri 79,6%, nəqliyyat xidmətləri 77%, qida və içkilər 72%, ev əşyaları 58,46%, bahalanıb.
Ən az artım mənzillərin qiymətlərində qeydə alınıb. Mənzillərin qiyməti son bir ildə 40,4% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır.Yeniavaz.com