17 May 2024
Türkiyədə meydana gələn təbii fəlakət nəticəsində itkin düşən 77 nəfərin axtarışları davam edir

Türkiyədə meydana gələn təbii fəlakət nəticəsində itkin düşən 77 nəfərin axtarışları davam edir

15 Avqust 2021
Baxış: 687

Türkiyədə baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Onlardan 15-nin kimliyi hələ ki, müəyyənləşdirilməyib, 62-si Kastamonuda, 15-i Sinopda olmaqla ümumilikdə 77 nəfərin axtarışları davam edir.

AJM xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin enerji və təbii qaynaqlar naziri Fatih Dönməz və ətraf mühit və şəhərsalma naziri Murat Kurum ilə birgə daşqın bölgəsini ziyarətləri zamanı bildirib.

Yaşanan selin bu günə qədər ölkədə görülən ən ağır mənzərə olduğunu deyən nazir bildirib: “Bir tərəfdən təmizlik işləri aparılır, digər tərəfdən isə kəndlərimizi elektrik enerjisi ilə təmin etmək üçün helikopterlər vasitəsilə bölgələrə generatorlar çatdırılır. Hazırda bütün bölgələrdə ümumilikdə 100-ə yaxın mobil generator fəaliyyət göstərir. Ziyan görmüş bölgəyə indiyədək kampaniyalar vasitəsilə 47 milyon 600 min türk lirəsi məbləğində yardım toplanıb. Dövlət tərəfindən də sabahdan etibarən ilkin yardımların ödənilməsinə başlanılacaq”.

Son 19 il ərzində Türkiyədə baş verən fəlakətlər zamanı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə dövlətin bütün imkanlarının o bölgədə səfərbər edildiyini xatırladan Murat Kurum dağılan tikililərin bir il ərzində bərpa ediləcəyini deyib. Bildirilib ki, indiyədək təbii fəlakət bölgələrində ümumilikdə 454 ağır zədəli və ya dağılmış tikili müəyyən edilib.

Teqlər: Türkiyə