06 May 2024
Türkiyədə hərbi hissəyə HÜCUM OLDU - FOTO
Türkiyədə hərbi hissəyə HÜCUM OLDU - FOTO

Türkiyədə hərbi hissəyə HÜCUM OLDU - FOTO

19 May 2021
Baxış: 685

Türkiyənin Diyarbəkir şəhərində hərbi hissəyə hücum cəhdi olub.

AJMEDİA.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Diyarbəkirdə bir hərbi hissəyə 2 ədəd maket təyyarə ilə hücum cəhdi edilib, maket təyyarələr zərərsizləşdirilib. İtki yaşanmayıb”, - deyə Soylu qeyd edib.

Gecə vaxtı baş verən partlayış çox sayda insan tərəfindən hiss edilib, evlər silkələnib. Partlayış şəhərdə təşvişə səbəb olub.

Türkiyə Müdafiə Nazirliyinin hücumla əlaqədar verdiyi açıqlamada hərbi hissədə lazımi fiziki tədbirlərin alındığı bildirilib.(qafqazinfo)