19 May 2024
Türkiyə Xarici İşlər Nazirliyi: Türkiyə və Ermənistan sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa razılaşıb

Türkiyə Xarici İşlər Nazirliyi: Türkiyə və Ermənistan sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa razılaşıb

02 İyul 2022
Baxış: 353

İyulun 1-də Vyanada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr, səfir Serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın dördüncü görüşü keçirilib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə ilə Ermənistan arasındakı quru sərhədinin müvafiq olaraq Türkiyə və Ermənistana səfər edən üçüncü ölkə vətəndaşları tərəfindən mümkün qədər tez keçə bilməsi üçün razılaşıb və bu məqsədlə lazımi prosesi başlatmağa qərar veriblər.

Türkiyə ilə Ermənistan arasında birbaşa hava yükdaşımalarının mümkün qədər tez başlaması barədə razılığa gəldiyi və bu məqsədlə lazımi prosesin başlanmasına qərar verilib.

Bundan əlavə, ölkələri arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün atılacaq digər mümkün konkret addımlar müzakirə edilib.

Sonda onlar normallaşma prosesini ilkin şərt olmadan davam etdirməklə bağlı razılıqlarını bir daha təkrarlayıblar.