16 May 2024
Türkiyə müdafiə sənayesinin möcüzəsi "Bayraktar"ın QİYMƏTİ AÇIQLANDI

Türkiyə müdafiə sənayesinin möcüzəsi "Bayraktar"ın QİYMƏTİ AÇIQLANDI

06 İyun 2022
Baxış: 418

Litva hökuməti "Bayraktar TB2" almaq üçün Türkiyə ilə müqavilə imzalayıb.

AJMEDİA.İNFO Türkiyə mətbuatına istinadla xəbər verir ki, Litva "Bayraktar TB2" almaq üçün 5 milyon avro ödəməlidir. Ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib.

Türkiyə mənbələri bunun standart qiymət olmadığını, qiymətin müqavilənin şərtlərinə görə dəyişə biləcəyini yazır.

Qeyd edək ki, "Baykar" şirkətinin texniki direktoru Litva xalqının topladığı puldan imtina edərək onlara jest edib.

O, PUA-nın Litvaya pulsuz veriləcəyini açıqlayıb. Toplanan pul isə Ukraynada humanitar məqsədlər üçün istifadə ediləcək.