20 May 2024
Türkiyə Məclisində İsrailə boykot: Ankara siyasi kursa uyğun addımlar atır

Türkiyə Məclisində İsrailə boykot: Ankara siyasi kursa uyğun addımlar atır

11 Noyabr 2023
Baxış: 561

Türkiyənin siyasi elitası Qəzza zolağında İsrail əməliyyatını dəstəkləyən qlobal brendləri boykot etməyə hazır olduğunu nümayiş etdirib. Böyük Millət Məclisinin (TBMM) binasında istehsalçıları qurumun xoşuna gəlməyən malların satışı dayandırılıb. Bunu daha geniş boykota doğru addım adlandırırlar.

AJMEDİA.İNFO Yenisabah.az-a istinadən xəbər verir ki, bundan əvvəl İsrail supermarketləri qadağanedici tədbirlər görüb və Türkiyədən idxalı məhdudlaşdırmışdı.

İki ölkə arasında ticarət əlaqələri hətta daha böyük böhranlar zamanı belə ciddi zərər görməyib, lakin indiki addımlar münasibətlərin gələcəyi ilə bağlı qorxuları artırır.

TBMM “İsraili dəstəkləyən şirkətlərin məhsullarının parlament meydançasında satılmayacağını” rəsmən bəyan edib.

Qanunverici orqandakı "Reuters" mənbəsi, qadağanedici tədbirlərin qazlı və kofe içkiləri istehsalçılarına təsir etdiyini açıqlayıb. Onun sözlərinə görə, parlamentarilərin təşəbbüsü İsrail ordusunun Qəzza zolağında hücum hərəkətlərini dəstəklədiyi iddia edilən qlobal brendlər ətrafında yaranan “böyük ictimai etiraza” cavab vermək məqsədi daşıyıb.

Milli Məclisin sədri Numan Kurtulmuş son vaxtlar Ordu vilayətində çıxış edərək bir sıra markaların istifadəsindən imtina edilməsinin zəruriliyindən danışanlardan olub. O deyib: “Bundan sonra biz heç nə almayacağıq və aldığımızı da atacağıq”.

Bu bəyanatlar Türkiyə rəhbərliyinin diplomatik münasibətləri bərpa edə bildiyi ölkə olan İsrailə qarşı son həftələrdə sərtləşən siyasi diskursa uyğun gəlir.

"Reuters" Böyük Millət Məclisi üzvlərinin təşəbbüsünü ölkə rəhbərliyinin sanksiyalar sahəsində “ilk addımlarından biri” adlandırır. Siyasi elitanın bəzi nümayəndələri İsraillə enerji əməkdaşlığını dayandırmaqdan danışırlar, bu əməkdaşlıq çərçivəsində ölkələr əvvəllər qaz nəqli infrastrukturunu birləşdirməyi planlaşdırırdılar.

Bu ayın əvvəlində ibranidilli nəşrlər prezident Rəcəb Tayyib Ərdoğanın Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin hərəkətlərini tənqid etməsindən və HƏMAS-a bəraət verməsindən sonra İsraildəki supermarket şəbəkələrinin Türkiyədən idxalı dondurduğunu bildirib. Ən böyük “Şufersal” şəbəkəsi, eləcə də onun rəqibləri "Rami Levy" və "Yochananof" istehsal olunan məhsulları satmaqdan imtina ediblər. Cəmiyyətin güclü təzyiqi nəticəsində sahibkarlar qadağanedici addımlar atmağa məcbur olublar.

Xatırladaq ki, Türkiyə ilə İsrail arasında ticarətin həcmi 2022-ci ildə 6,7 milyard dollara yüksəlib, Türkiyə isə İsraildən təxminən 2,1 milyard dollar dəyərində mal alıb.