16 May 2024
Türkiyə, İraqın şimalında Qartal Caynağı əməliyyatına başladı

Türkiyə, İraqın şimalında Qartal Caynağı əməliyyatına başladı

15 İyun 2020
Baxış: 602

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı kürd yaraqlılarının mövqelərinə kütləvi hava zərbələri endirib. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, yeni əməliyyat Kürdüstan İşçi Partiyasının hücumlarına cavab olub.

"Qartal Caynağı Əməliyyatı başladı. Terroristlər öz mağaralarında basdırılacaqlar. PKK və digər qruplardan olan sərhədlərimiz və vətəndaşlarımız üçün təhdid hər gün daha da artmaqdadır" deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Əsas hücumlar Kandil, Sinjar, Zap, Hakurk və Avasin-Basyan bölgələrindədir. Bu mərhələdə Hərbi Hava Qüvvələrinin hərəkətlərinin quru birləşmələrinin qonşu dövlətin ərazisinə daxil olmasına səbəb olub-olmayacağı məlum deyil.

PKK təkcə Türkiyə deyil, ABŞ və Avropa Birliyi tərəfindən də terrorçu bir qrup olaraq tanınıb. 1984-cü ildən bəri Türkiyə Kürdüstanındakı qarşıdurma təxminən 40.000 insanın həyatına son verib. 2015-ci ildə, barışığın uğursuzluğundan sonra münaqişə yenidən başlayıb. Rəsmi Ankara 10 minə yaxın terrorçunun “zərərsizləşdirildiyini” iddia edir.