18 May 2024
Türkiyə Ermənistan qarşısında yeni şərt irəli sürdü: "Zəngəzuru bizdən almaq istəyirlər"

Türkiyə Ermənistan qarşısında yeni şərt irəli sürdü: "Zəngəzuru bizdən almaq istəyirlər"

22 Noyabr 2021
Baxış: 499

“Türkiyə Ermənistanla münasibətlərin qurulması üçün yeni şərtlər qoyur”.

AJMEDİA.İNFO modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan Türkiyənin Qarabağ müharibəsi zamanı həm siyasi, həm də digər baxımdan Azərbaycana verdiyi böyük dəstəyə baxmayaraq, heç bir şərt qoymadan münasibətləri normallaşdırmağa hazırdır:

“Türkiyə ilə dialoqun başlaması üçün müsbət siqnallar alsaq da, proses hələ də mürəkkəb olaraq qalır. Ankara yeni şərtlər təklif edir. Onların arasında Zəngəzur dəhlizi də var. Bu, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir”./modern.az/