19 May 2024
Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib

Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib

26 Aprel 2023
Baxış: 470

Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib.

Türkiyə Respublikası Azərbaycan Respublikası ilə toxumçuluq sahəsində əməkdaşlıq haqqında Sazişi təsqiqləyib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb və 16 dekabr 2022-ci ildə təsdiqlənib.

Türkiyə həmçinin Azərbaycan ilə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Eyni zamanda Türkiyə Azərbaycanla gənclər və idman sahələrində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb.

Teqlər: