19 May 2024
Türkiyə-Azərbaycan sərhədində 13 kilometrlik TIXAC

Türkiyə-Azərbaycan sərhədində 13 kilometrlik TIXAC

02 Yanvar 2024
Baxış: 451

Türkiyə-Naxçıvan arasında qapı olan Dilucu gömrük məntəqəsində uzun tıxac yaranıb.

AJMEDİA.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkədən Naxçıvana, oradan İran, Azərbaycan və Rusiyaya getmək istəyən TIR-lar uzun növbə yaradıblar. Məlumata əsasən, Yeni il səbəbi ilə yaranan tıxacın uzunluğu 13 kilometri keçib.

Sürücülərin iddiasına görə, növbənin çoxluğu səbəbindən gömrük məntəqəsindən keçid təxminən 1 həftə çəkə bilər.