17 May 2024
Turan İbrahimov “Space” TV-dən getdi: “Xəbər olmayan efirdə...”

Turan İbrahimov “Space” TV-dən getdi: “Xəbər olmayan efirdə...”

24 Fevral 2023
Baxış: 410

Tanınmış aparıcı Turan İbrahimov “Space” TV ilə yollarını ayırıb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə aparıcı özü sosial şəbəkə hesabından məlumat verib. O, iki həftə əvvəl bu qərarı verdiyini deyib.

“Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram”, deyə İbrahimov qeyd edib.