19 May 2024
Tuba Büyüküstünlə Murat Bozun səmimi görüntüləri yayıldı - FOTO

Tuba Büyüküstünlə Murat Bozun səmimi görüntüləri yayıldı - FOTO

18 Yanvar 2022
Baxış: 423

Ötən aylarda “Anothet Self”in baş rol ifaçıları, türkiyəli aktrisa Tuba Büyüküstün və həmkarı Murat Bozun sevgili olduğu iddia edilmişdi. Büyüküstün haqqında yayılan xəbərlərdən sonra “Adım hamı ilə hallanır. Belə bir şey yoxdur” demişdi.

Şayiələri təkzib edən cütlük aylar sonra bənzər vəziyyətdə görüntülənib. Ötən axşam komanda yeməyində bir araya gələn cütlük birlikdə çəkilmiş fotolarını sosial media hesablarında paylaşıblar.

Büyüküstünlə Bozun yaxınlığı və yan-yana oturması diqqətdən yayınmayıb. Onların əhvalının olduqca yaxşı olması və Bozun aktrisaya baxışları diqqət çəkib.

Cütlüyün iyul ayında Beykozda restoranda birgə yeməsi barədə xəbər mətbuatda rezonans doğurmuşdu. Avqust ayında isə onlar Alaçatıda bir məkanda dostlarının əhatəsində görüşüblər. Onların yan-yana fotoları pərəstişkarlarının müzakirəsinə səbəb olmuşdu.

Xanım aktrisa sonuncu dəfə menecer Umut Evirgenlə sevgili olub. Təxminən üç il birlikdə olan cütlük münasibətlərini 2020-ci ilin mayında sonlandırıb.

Büyüküstün 2011-ci ildə ailə həyatı qurduğu aktyor və rejissor Onur Saylakdan 2017-ci ildə boşanıb. Onların bu evlilikdən Maya və Toprak adlı doqquz yaşlı əkiz qızları var.