20 May 2024
Tramp məhkəmə iclasından sonra tərəfdarları qarşısında çıxış edəcək

Tramp məhkəmə iclasından sonra tərəfdarları qarşısında çıxış edəcək

12 İyun 2023
Baxış: 483

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyunun 13-də məhkəmə iclasından sonra tərəfdarları qarşısında çıxış edəcək.

Bu barədə D.Trapın nümayəndəsi Liz Harrinqton özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, tədbir Nyu Cersi ştatının Bedminster şəhərindəki qolf klubda yerli vaxtla saat 20:15-də baş tutacaq.

Qeyd edək ki, Mayamidə tərəfdarları qarşısında çıxış etməzdən əvvəl D.Trampa qarşı yeni ittihamlarla bağlı məhkəmə iclası olacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ hakimiyyət orqanları keçmiş Prezident Donald Tramp və onun köməkçisi Uolt Nautana qarşı məxfi sənədləri qanunsuz saxlanması işi üzrə 38 maddədən ibarət ittihamlar irəli sürüblər.

Teqlər: