17 May 2024
TOYDA FACİƏ: Gəlin aparmağa gələn bəy CİNAYƏT TÖRƏTDİ - FOTO/VİDEO

TOYDA FACİƏ: Gəlin aparmağa gələn bəy CİNAYƏT TÖRƏTDİ - FOTO/VİDEO

13 Noyabr 2023
Baxış: 454

Türkiyədə toyda bədbəxt hadisə yaşanıb.

AJMEDİA.İNFO Türkiyə KİV-ə istinadən xəbər verir ki, Antalyanın Burdur bölgəsində gəlin aparmağa gələn İsmail C. adlı bəy sevincindən havaya atəş açmaq istəyib.

Bu zaman silahdan çıxan güllə yanlışlıqla gəlin maşının idarə edən 30 yaşlı Halil İbrahimin boynundan yaralayıb.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. O Burdur Dövlət Xəstəxanasına yerləşdirilib.

İsmail C. oradan qaçaraq uzaqlaşmaq istəyib. Lakin polis əməkdaşları onu tutaraq şöbəyə aparıblar. Xəstəxanada yatan Halil İbrahimin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla ilə bağlı cinayət işi açılıb. Hazırda istintaq aparılır.