02 May 2024
Toyda baş verən bıçaqlanmada polis də iştirak edib? - RƏSMİ AÇIQLAMA

Toyda baş verən bıçaqlanmada polis də iştirak edib? - RƏSMİ AÇIQLAMA

19 İyul 2021
Baxış: 494

İsmayıllıda keçirilən toy zamanı baş verən münaqişə ilə bağlı şahidlərinin izahatları alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov AJMEDİA.İNFO-ya açıqlamasında bildirib ki, İsmayıllıda münaqişə zəminində iki qardaş, İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb:

“Rayon polis şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən edilib. Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

M.Məsimov bildirib ki, xəbər saytlarında hadisə zamanı “Cavid Əhmədov” adlı İsmayıllı RPŞ-nin əməkdaşının həmin münaqişədə iştirak etməsi barədə əsassız və dəqiqləşdirilməmiş informasiyalar yayılıb:

“Qeyd edək ki, Post Patrul Xidmətində ümumiyyətlə həmin adda əməkdaş xidmət aparmır”.