18 May 2024
Toy karvanında qəza - Xəsarət alan var

Toy karvanında qəza - Xəsarət alan var

10 Noyabr 2023
Baxış: 553

Şəki rayonunda toy karvanında qəza baş verib, bir nəfər xəsarət alıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə rayonunun Kiçik Dəhnə kəndində baş verib.

Belə ki, toy karvanında hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin sürücüsü 29 yaşlı Vahab Salamov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)