18 May 2024
Tort almağa gedən iş adamının evi külə döndü: Tovuzdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Tort almağa gedən iş adamının evi külə döndü: Tovuzdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

25 İyul 2023
Baxış: 503

Tovuzda iki evin yanmasının təfərrüatı məlum olub.

AJMEDİA.İNFO-nun xəzərxəbər-ə istinadən məlumatına görə, rayonunun Qovlar şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən sahibkar Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğın zamanı evin həyətində olan mikroavtobus və iki avtomobil də yanıb.

Həyat yoldaşının ad günü münasibətilə tort almağa gedən iş adamı geri qayıdanda evində yanğının baş verdiyinin şahidi olub.

Yanğının miqyası ümumilikdə 400 kvadratmetr sahəni əhatə edib. Daha sonra alov qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib.

Bundan əlavə, digər qonşuların da pəncərələri sınıb. Hadisə yerinə dərhal Qovlar şəhər və Tovuz yanğınsöndürmə bölmələrinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə: