21 May 2024
Tolik Zaura görə od püsgürdü: "Yaltaq müğənnilər çıxıb onu tərifləyir"

Tolik Zaura görə od püsgürdü: "Yaltaq müğənnilər çıxıb onu tərifləyir"

06 İyul 2022
Baxış: 406

"Mən etsəydim, verilişimi şura bağlayardı. Amma başqa adamları etmədilər, dedilər, haqqındadır. Deyir, Afşin Azəri bayağı mahnı ifaçısıdır. Vaxtında onlar hesabına reytinq qazananlar, onu efirdən qovur".



AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev deyib. O, proqramında aparıcı Zaur Kamalın cənubi azərbaycanlı müğənni Afşin Azərini proqramdan qovmasından danışıb.


Tolik Zaurun Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən cəzasız qalmasından danışıb:


"Zaurun verilişinə bax, ildə 1 dəfə sənətkar və ya muğam ifaçısı olar. Bayağı mahnıları Zaurun verilişi təbliğ edir. Azərbaycan Mədəniyyətində bu tip ifaların birnömrəli təbliğatçısıdır. Bayağı mahnılar oradan çıxıb. Niyə şişirtmisiniz? Nədən qorxursunuz? Biri ilə pis danışan kimi mənə zəng edirlər. Yaltaq müğənnilər çıxıb onu tərifləyir".