18 May 2024
Tokio yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib

Tokio yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib

11 May 2023
Baxış: 455

Tokionun şərqində 5,4 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi yoxdur.

Bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxtla sərhəd olan Çiba prefekturasının şimal-qərbində, təxminən 40 kilometr dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Tokionun mərkəzində də hiss olunub.

Teqlər: