18 May 2024
“Tokio-2020”: Güləşçilərimiz Rafiq Hüseynovun və Elis Manolovanın rəqibləri müəyyənləşib

“Tokio-2020”: Güləşçilərimiz Rafiq Hüseynovun və Elis Manolovanın rəqibləri müəyyənləşib

01 Avqust 2021
Baxış: 883

Avqustun 2-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək.

AJM xəbər verir ki, yunan-Roma güləşi yarışlarında Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaqlar. Avqustun 1-də keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

R.Hüseynov səkkizdəbir finalda dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidis ilə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. R.Hüseynov rəqibinə qalib gələrsə, dörddəbir finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçi ilə üz-üzə gələcək.

E.Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. Bu görüş B xalçasında baş tutacaq. E.Manolova dörddəbir finala yüksələrsə Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) görüşünün qalibi ilə görüşəcək.

Bu çəki dərəcələrində ilk görüşlər Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.