18 May 2024
“TikTok”dakı “jeton mafiyası”nın hədəfinə çevrilən jurnalist: “Ləman məni sifarişlə söyürdü...” - FOTO

“TikTok”dakı “jeton mafiyası”nın hədəfinə çevrilən jurnalist: “Ləman məni sifarişlə söyürdü...” - FOTO

05 Dekabr 2023
Baxış: 564

Tiktoker Ləman Azərbaycandakı “jeton mafiyası” tərəfindən jurnalist Məhəmmədəli Qəribliyə qarşı istifadə olunduğunu etiraf edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli öz “facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, illərdir, bu mafiya ilə təkbaşına vuruşur, lakin təəssüf ki, bu barədə ciddi tədbir görülmür:

“TikTok”dakı “jeton mafiyası”nın hədəfinə çevrilən jurnalist: “Məni sifarişlə söyürdü...”

“Ləman çox böyük izləyici kütləsi olan tiktokerdi. Hər ay “TikTok” vasitəsilə milyonlarla dollar “qara pul” yuyan, Türkiyədəki “Dilan Polat” işindən heç nəyi ilə fərqlənməyən bu şəxs Azərbaycandakı “jeton mafiyası” tərəfindən mənə qarşı istifadə olunduğunu açıq etiraf edir. Mən bunu bilirdim. Çünki buna sifariş edirdilər, canlı yayımda məni söyürdü, əvəzində pul ekvivalentində olan bahalı hədiyyələr atırdılar. Bilirsiniz niyə? Çünki mən bunların iç üzünü ifşa edirdim. Deyir ki, güya mənim ağzımı yumub. Səhv salır, bunun yumduğu başqa şey ola bilər. Mənim ağzımı yummaq bu səviyyədə olanların başı üçün deyil. İndi həmin mafiya ilə bunun arası dəyib deyə, belə etiraflar edir.

Təəssüflər olsun ki, çoxsaylı müraciətlərimə baxmayaraq, “TikTok” dakı “jeton mafiyası” ilə bağlı ciddi tədir görülmür”.

Jurnalist vurğulayıb ki, Ləmanın videoda nəzərdə tutduğu sifarişçilər Sədərək Bazarının sahibinin oğlu Mehman Qədimbəyli və əslən naxçıvanlı olan “Oliqarx” ləqəbli iş adamıdır:

“Mən bu mafiya ilə iki ildir ki, təkbaşına vuruşuram”.

Xatırladaq ki, Mehman Qədimbəyli əvvəllər Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi Şöbəsinin sabiq müdiri Əli Həsənovun köməkçisi işləyib.(Sfera.az)