17 May 2024
“Təzə bazar”dakı siçovullar evlərə basqın edir - VİDEO

“Təzə bazar”dakı siçovullar evlərə basqın edir - VİDEO

05 Oktyabr 2021
Baxış: 736

Nəsimi rayonunda “Təzə bazar”ın ərazisindəki siçan və siçovullar yaxınlıqdakı evlərə hücum çəkir.

AJMEDİA.İNFO xəbər verir ki,sakinlərin sözlərinə görə, buna səbəb bazarın fəaliyyətini dayandırması ilə gəmiricilər üçün əlverişli qida mühitinin olmamasıdır.

“Təzə bazar”ın meneceri Fuad İbrahimov ərazidəki bütün tullantıların daşındığını və hazırda orada gəmiricilərin artmasına səbəb ola biləcək tullantıların olmadığını deyib.

Məsələ ilə bağlı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Mayılov bildirib ki, quruma mövcud problemlə əlaqədar rəsmi müraciət daxil olmayıb. Vətəndaşların müraciətindən sonra məsələ araşdırılaraq, müvafiq köməklik göstəriləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: