20 May 2024
Teymur Rəcəbov üçüncü dəfə ata oldu - FOTO

Teymur Rəcəbov üçüncü dəfə ata oldu - FOTO

26 Sentyabr 2023
Baxış: 418

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun növbəti övladı dünyaya gəlib.

AJMEDİA.İNFO axşam.az-a istinadən bildirir ki, bu haqda şahmatçı özü məlumat yayıb. O, qızı dünyaya gəldiyini bildirib. T.Rəcəbov övladına Emma adını qoyduğunu bildirib.

"Nika və Emma ilə ailə fotosu" deyə, şahmatçı paylaşımında yazıb.

Qeyd edək ki, T.Rəcəbov ötən ilin yanvarında Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakovailə evlənib və onların avqustda qızı dünyaya gəlib. Şahmatçı 2011-ci ildə isə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət əvvəl isə boşanıb. Onun bu evlilikdən Məryəm adlı qızı da var.