18 May 2024
Təşkilatın baş katibi: OPEC Azərbaycanı təşkilata üzv olmağa rəsmi dəvət etməyib

Təşkilatın baş katibi: OPEC Azərbaycanı təşkilata üzv olmağa rəsmi dəvət etməyib

06 İyul 2023
Baxış: 458

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanı təşkilata üzv olmağa rəsmi dəvət etməyib, lakin onun genişləndirilməsi üzərində işləyir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu jurnalistlərə OPEK-in baş katibi Heysəm əl-Qeys OPEC seminarı çərçivəsində bildirib.

“Biz onları rəsmi olaraq OPEK-ə üzv olmağa dəvət etməmişik. Amma təbii ki, onlar yeddi ildir, 2016-cı ildən bizimlədirlər. Belə görünür ki, onlar artıq OPEC-in üzvüdürlər”.