19 May 2024
Tərtər rayonunun mütərəqqi inkişafı qonaqların marağına səbəb olub

Tərtər rayonunun mütərəqqi inkişafı qonaqların marağına səbəb olub

18 May 2023
Baxış: 11019

Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük işlər aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda geniş miqyasda qeyd edilir.

.

Azərbaycanda muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi-mədəni irsinin qorunmasında muzeylərin rolunu qeyd edən Ulu öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Məhz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin ev-muzeyləri, xatirə muzeyləri yaradılmışdır. Muzey işinin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uğurla həyata keçirilir.

.

Hazırda ölkədə 200-dən çox muzey fəaliyyət göstərir ki, onların ekspozisiyaları azərbaycançılıq ideologiyasını uğurla təbliğ edir. Bu muzeylerin bir qisminin Tərtər rayonunda fealiyyət göstərməsini xüsusi ilə qeyd edə bilərik.

.

Bu məqsədlə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarasi işçi qrupunun rəhbəri Anatoliy Rafaylov və İnsan Hüquqları Mərkəzinin və "Magen David Group" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov Tərtər rayonuna səfər ediblər. Qonaqları qəbul edən Tərtər rayonunun İcra başçısı Müstəqim Məmmədov rayon haqqında ümumi məlumat vermiş və qonaqlarla birgə Umümilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

.

Daha sonra Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Tərtər rayonunda yerləşən Heydər Əliyev mərkəzi, Şəhidlər xiyabanı, Tarix-Diyarşünaslıq, Dövlət Rəmzləri və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeylərinə səfər etmişlər.Tərtər rayonunda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlər qeyd olunaraq qonaqlar öz məmnunluqlarını ifadə ediblər.

.

Qeyd edək ki, 44 günlük müharibə dövründə bütün Tərtər əhalisi qəhrəmanlıq nümayiş etdirdi. İnsanların bu mərdliyinin, qəhrəmanlığının, cəsarətinin kökləri dünəninə söykənmir. Tərtərlilər uzun illərdir düşmən atəşi altında yaşayıb. Aralarında ölüm-itim olsa da, evlərinə, əmlaklarına hədsiz ziyan dəysə də, doğma-yurd-yuvalarını tərk etmək haqda düşünməyiblər. İkinci Qarabağ müharibəsində Tərtər dəfələrlə raket atəşinə tutuldu, şəhər bombalandı, mülki insanlar şəhid oldu, yaralandı, evlər dağıldı, fərdi təsərrüfatlara ciddi ziyan dəydi. Amma Tərtər düşmənə boyun əymədi. Statistikaya görə Vətən savaşı dönəmində Tərtərə 16277 mərmi, 21 raketin atıldı. Nəticədə 2 mindən çox mənzilə zərər dəydi. 160 fərdi ev, 76 mənzil tamamilə dağılıb. 17 mülki şəxs şəhid oldu, 63 nəfər yaralandı. Ancaq bütün bunlara rəğmən o camaatın döyüş və qələbə əzmi heç vaxt sarsılmadı.

.

Bu gün qonaqların marağına səbəb, Tərtər rayonunda mütərəqqi standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin olunması, kommunal xidmətlər şəbəkəsi, sosial, turizm, ekologiya, innovasiya, müxtəlif digər sahələrin uğurla səmərəli idarə olunması sistemi ilə nəzərə çarpıb.

.

Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarasi işçi qrupunun rəhbəri Anatoliy Rafaylov və İnsan Hüquqları Mərkəzinin və "Magen David Group" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov bir daha öz xoş təəssüratlarını ifadə edərək, Tərtər rayon İcra başçısı Müstəqim Məmmədova işlərində uğurlar arzılayıb, Tərtər sakinlərinin daim diqqət və qayğı əhatəsində olmalarından bir daha məmnunluqlarını çatdırıblar.

.

Nəsimi Əbilov