18 May 2024
“Telegram” hesabınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ!

“Telegram” hesabınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ!

09 Aprel 2024
Baxış: 330

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə AJMEDİA.İNFO-ya Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır.

Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur", - məlumatda deyilir.

Aktivləşdirmə prosesinin həyata keçirilməsi ilə videoda tanış ola bilərsiniz: