17 May 2024
Tələbəsindən hamilə qalan qadın: "Doğuş canlı yayımlanacaq"

Tələbəsindən hamilə qalan qadın: "Doğuş canlı yayımlanacaq"

16 Avqust 2022
Baxış: 599

Keçmiş tələbəsi ilə cinsi əlaqədə olduqdan sonra hamilə qalan qadın doğumunu canlı yayımlayacaq.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, şagirdi ilə münasibət quran və hamilə qalan müəllim Emi Kupps körpəsini qucağına almaq üçün günləri sayır. Hər hərəkəti ilə qalmaqal yaradan Kupps bu dəfə doğumunu canlı yayımlayacağını bildirib.

Hazırda körpəsini gözləyən Emi Kupps gecə klubunda tanış olduğu şəxslə bir gecəlik münasibətdə olduğunu və hamilə qaldığını bildirib.

Körpəsini tək böyüdəcəyini deyən fenomen doğum təhsili vermək üçün həmin anları lentə alacağını bildirib:

"Bunu təcrübəmi pərəstişkarlarımla bölüşmək üçün edirəm. Video üçün həkimimdən kömək alacağam. Bu, mənim üçün sürpriz olacaq. Doğuşa qədər uşağın cinsini bilmək istəmirəm, amma düşünürəm ki, qızım olacaq”.