19 May 2024
"Teknofest Azərbaycan"a xərclənən pulun məbləği AÇIQLANDI

"Teknofest Azərbaycan"a xərclənən pulun məbləği AÇIQLANDI

07 İyun 2022
Baxış: 591

Dövlət Radiotezliklər İdarəsi (DRİ) “Teknofest" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində 850 min manata yaxın vəsait xərcləyib.

AJMEDİA.İNFO xəbər verir ki, Dövlət Radiotezliklər İdarəsi “Teknofest"lə bağlı keçirdiyi üç tenderin nəticəsini açıqlayıb.

Belə ki, DRİ City Look şəhər görüntü sahəsində müxtəlif bannerlər və printlərin çapı və icarəsi, hava limanı ərazisində reklamın yerləşdirilməsi, məkan üçün nəzərdə tutulmuş bannerlər və çaplar, həştəq (dəmir) istehsalı üzrə xidmətlərin alınması üzrə “ADPOİNT” MMC ilə 306,8 min manatlıq müqavilə imzalayıb.

Qurum TakeOff sammitinin təşkili üzrə “Caspian Event Organisers” MMC-yə 306 min manat, yarış və tədbir təşkilatçıları, könüllülər və digər heyət üçün ketrinq xidmətlərinə görə isə "Lime Catering" MMC-yə 228,5 min manat ödəyib.


Qeyd edək ki, üç şirkətlə bağlanan müqavilələrin ümumi dəyəri 842 min manat təşkil edib.(Bizim.Media)