20 May 2024
Təhsil Nazirliyi vəzifəli şəxslərin məktəbli qızı döyməsini pisləyib - Foto

Təhsil Nazirliyi vəzifəli şəxslərin məktəbli qızı döyməsini pisləyib - Foto

17 İyul 2022
Baxış: 512

Təhsil Nazirliyi Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.

AJMEDİA.İNFO xbır verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir.

​​​​​​Bildirilib ki, Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.Yeniavaz.com