17 May 2024
Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlıq müzakirə olundu

Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlıq müzakirə olundu

29 Noyabr 2021
Baxış: 485

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykla görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə E.Əmrullayev özünün tviterdəki səhifəsində bildirib. Görüşdə Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq diqqət mərkəzində olub.

“Bu gün biz Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Sara Maykl ilə görüş keçirdik. Görüş zamanı Təhsil Nazirliyi ilə Dünya Bankı arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”, - deyə nazir bildirib.