18 May 2024
Tehranın İrəvanı və separatçıları silahlandırması təsdiqləndi - cavabsız qalan notamız...

Tehranın İrəvanı və separatçıları silahlandırması təsdiqləndi - cavabsız qalan notamız...

20 Dekabr 2022
Baxış: 321

İranın xüsusi xidmət orqanlarına yaxın kanal fars rejiminin ermənilərə raket verdiyini açıqlayıb; Qabil Hüseynli: “İranın Ermənistana göndərdiyi silahların miqdarı və çeşidi artıb”

Ajmedia.info xəbər verir ki, Musavat.com dekabrın 7-də etibarlı mənbəyə istinad edərək İranın Ermənistana silah hədiyyə etməsi haqda yazmışdı. Məlumatda qeyd olunurdu ki, noyabrın 24-də və 30-da Qarabağa 27 nəfər İran vətəndaşının gəlişi Tehranın Ermənistana silah hədiyyə etməsi ilə əlaqədar olub. Belə ki, həmin şəxslər hərbi təlimatçılar olub, Qarabağda separatçılara Tehranın göndərdiyi silahların istifadəsi ilə bağlı təlim keçməyə gedirmişlər.

Söhbət gizli yolla Ermənistana göndərilmiş İran istehsalı olan 600 ədəd raketdən gedir. Yazmışdıq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri düşmən ölkəyə 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi hədiyyə edib. Xəbərdə o da qeyd olunurdu ki, iranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında - İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Bu səbəbə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı mütəxəssislər bölgəyə göndərilib.

İranın Ermənistana göndərdiyi raketlərin qiyməti – AzerTimes

“Yeni Müsavat” yazır ki, rəsmi Tehran həm hədiyyə edilən silahlar, həm də separatçı bölgəyə göndərilən müəmmalı şəxslərlə bağlı hər hansı rəsmi açıqlama verməsə də, İran hakimiyyətinə yaxın mediada silahlar mövzusunda etiraf gəlib. Belə ki, “Exbare Suriye” (“Suriya xəbərləri”) adlı Telegram kanalında dərc olunan məqaləni daha sonra İranın bir neçə saytı da yayımlayıb. “Exbare Suriye” kanalı İranın xüsusi xidmət orqanlarına yaxın mənbə hesab olunur. Bu yazının daha sonra xəbər saytlarında yayılması göstərir ki, yazı hərbi dairələrin sifarişi ilə hazırlanıb.