18 May 2024
Tehranda Qəzzaya dəstək aksiyası yarımçıq qaldı

Tehranda Qəzzaya dəstək aksiyası yarımçıq qaldı

29 Oktyabr 2023
Baxış: 673

Oktyabrın 27-si gecə saatlarında İsrail ordusunun Qəzzaya quru əməliyyatlarının başlaması ilə eyni vaxtda Tehranın Fələstin meydanında keçirilən dəstək aksiyası yarımçıq qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar.

"Meydana toplaşaraq "Coşən səğir" duası oxuyan və İsrailə qarşı döyüşmək üçün Qəzzaya göndərilmələrini istəyən bir qrup insan aksiyanı yarımçıq qoyaraq, Fələstin meydanından qaçıb. Buna səbəb yaxınlıqdakı mağazalardan birində qaz balonunun partlaması olub. Aksiyaçılar meydana hücum edildiyini zənn edib aksiya yerindən qaçıblar", - paylaşımlarda qeyd edilib.

Hadisəni bilərəkdən törətmək şübhəsi ilə qaz balonunun partladığı mağaza sahibinin saxlanıldığı bildirilir.