17 May 2024
Tehran israilli nazirə görə Bakı və Aşqabada xəbər göndərdi

Tehran israilli nazirə görə Bakı və Aşqabada xəbər göndərdi

19 Aprel 2023
Baxış: 409

Hazırda İsrailin xarici işlər naziri Eli Koen Bakıdadır. O, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək. Onu da bildirək ki, gələn ay İsrail Prezidenti Hersoqun da Bakıya səfəri planlaşdırılır və o, Azərbaycan Prezidenti İlham Əliyevin qonağı olacaq.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani yenidən İsraili Tehranla Bakı arasında münasibətlərin pisləşməsində ittiham edib. O, aprelin 17-də Tehranda keçirilən brifinqdə deyib: “İran İslam Respublikasının və Azərbaycanın düşmənləri var. Sionist rejim ikitərəfli münasibətlərin məlum düşmənlərindən biridir”.

Maraqlıdır ki, Koen Azərbaycandan sonra Türkmənistana da səfər edəcək. İran isə İsrailin xarici işlər naziri Eli Koenin Türkmənistanın paytaxtı Aşqabad səfərinin də qarşısını almağa cəhd edib. Bu barədə Haqqın.az İsrail mediasına istinadən yazır. Koenin Aşqabada planlaşdırılan səfərindən bir müddət əvvəl İran prezidenti İbrahim Rəisinin türkmən həmkarı Serdar Berdiməhəmmədovu telefon danışığında nazirin səfərinin “arzuolunmaz olduğuna” inandırmağa çalışdığı bildirilir. Berdiməhəmmədov isə öz növbəsində Rəisiyə Aşqabadın Tehranla hər iki xalqın mənafeyi naminə bütün sahələrdə əlaqələri inkişaf etdirmək istəyindən danışıb. Türkmənistan lideri İsrail xarici işlər nazirinin səfərini ləğv etmək niyyətində olmadığını deyib. Bundan başqa, səfər çərçivəsində Koenin Aşqabadda İsrail səfirliyinin yerləşəcəyi daimi binanın açılış mərasimində də iştirak edəcəyi gözlənilir. İran təkcə Cənubi Qafqazda deyil, indi Asiya regionunda, daha bir qonşusu Türkmənistanın da dövlət işlərinə müdaxilə etməyə cəhd edir. İran o havadadır ki, əgər o, İsraillə düşməndirsə, onun “xeyir-duası” olmadan heç bir qonşusu bu ölkə ilə əməkdaşlıq edə bilməz. Amma maraqlıdır ki, bu cür xəbərdarlıqları Azərbaycandan da daha əvvəl İsraildə səfirlik açan “dostu-qardaşı” Ermənistana etmir.musavat.com