19 May 2024
"Təhlükəli diktator, ABŞ-dən 100 milyard dollar alıb..." - Məşhur aparıcıdan Zelenskiyə SƏRT SÖZLƏR

"Təhlükəli diktator, ABŞ-dən 100 milyard dollar alıb..." - Məşhur aparıcıdan Zelenskiyə SƏRT SÖZLƏR

08 Dekabr 2022
Baxış: 399

“Fox News”un aparıcısı Taker Karlsonun son çıxışı səs-küy yaradıb.

AJMEDİA.İNFO bildirir ki, tanınmış aparıcı Ukrayna lideri Zelenskini sərt tənqid edib. O, prezidentin ölkəsində avtoritar rejim qurduğunu, onu azadlıq və demokratiyanın maraqlandırmadığını vurğulayıb.

“Zelenski Ukraynada birpartiyalı polis dövləti qurmaq üçün Amerika vergi ödəyicilərindən 100 milyard dollar istifadə edən təhlükəli diktatordur. Bu, mübaliğə deyil. Son bir neçə ildə o, müxalifət partiyalarını sıradan çıxarıb, onu tənqid edən medianı məcburi bağlayıb, siyasi rəqiblərini həbs edib”.

Tanınmış aparıcı da Zelenskini tənqid etdi 


Aparıcı Ukraynada pravoslav kilsəsinin təqiblərinə də diqqət çəkib: “Ukrayna konstitusiyasını açıq şəkildə pozan onlarla din xadimi saxlanılıb. Buna baxmayaraq Co Bayden administrasiyası bu barədə bir söz deməyib, əksinə, daha çox vergi ödəyicisinin pulunun Zelenskiyə köçürülməsi üçün çalışır”.

Xatırladaq ki, bundan öncə ABŞ-ın sabiq prezidentinin oğlu Donald Con Tramp da Ukraynadakı kilsə hücumlarına görə Zelenskini tənqid etmişdi.(Sfera.az)