18 May 2024
TƏCİLİ! İrana BÖYÜK ZƏRBƏ vurulur: Bombardmançılar bir anda havaya qalxdı

TƏCİLİ! İrana BÖYÜK ZƏRBƏ vurulur: Bombardmançılar bir anda havaya qalxdı

04 Fevral 2024
Baxış: 439

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi əməliyyatın uğurlu keçdiyini düşündüklərini bildirib. O, əməliyyatın ümumilikdə təxminən 30 dəqiqə davam etdiyini deyib, brifinq toplantısında iştirak edən ABŞ Birləşmiş Qərargah Rəisləri rəhbəri, briqada generalı Duqlas Sims isə ümumilikdə 7 hücum nöqtəsindən 3-nün İraqda, 4-nün isə Suriyada olduğunu bildirib. Kirbi əlavə edib ki, hücumlar yaxın günlərdə də davam edəcək.

Amerikalı briqada generalının verdiyi digər məlumata görə, hava zərbələrində iki B-1 Lancer ağır bombardmançı təyyarəsi də iştirak edib.

Bildirilib ki, on tonlarla bomba daşımaq gücünə malik B-1 təyyarələri ABŞ-dan birbaşa Yaxın Şərqə bir anda uçub və yolda yanacaq doldurub. Son aylarda Suriya və İraqa hava hücumları həyata keçirərkən F-16 və F-15 döyüş təyyarələrinə üstünlük verən ABŞ-ın bu dəfə ağır bombardmançı təyyarələrdən istifadə etməsi diqqət çəkib. Səlahiyyətlilər B-1B-lərin haradan havaya qalxdığını açıqlamasa da, sosial şəbəkələrdə təyyarələrin Texasdan və İngiltərədən havaya qalxması ilə bağlı yazılar da diqqət çəkib. Bölgədəki təyyarədaşıyan donanmasının da aktiv olduğu və PUA-larla yanaşı qanadlı raketlərin də istifadə edildiyi də şərh edilib. Musavat.com